Trixoloq Aytəkin Quliyeva
Saç boyasından sonra niyə qaşıntı, qabıqlanman tökülmə artır??
Saç dərisinin normal pH-ı 4.5–5.5 arasıdır.
Saç boyalarının pH-ı isə 9–11 olur.
Boya zamanı saç telinin kutikulası açılır və alkalin mühit yaranır.
Bu vəziyyət bərpa olunmazsa:
saç dərisində qaşınma
yanma hissi
kəpək və seboreya
saç köklərinin zəifləməsi
boyadan sonra saç tökülməsi
müşahidə olunur.
Saç dərisində “alkali stress” nədir?
Saç dərisinin normal pH-ı 4.5–5.5 arasıdır.
Saç boyaları və kimyəvi prosedurlar isə bu balansı alkali tərəfə çəkir.
Bu vəziyyət tibbdə belə adlanır:
----Acid mantle disruption---
(yəni dərinin qoruyucu turş qatının pozulması)
Nəticədə:
qaşınma
yanma
kəpək
seboreya
saç tökülməsi
yarana bilər.
Unutmayın:
Saç problemi çox vaxt saç telindən yox — saç dərisindən başlayır.
Boyadan sonra saç dərisinin sağlam qalması üçün ən vacib addım
turş mühiti qorumaqdır.
Bunun üçün:
pH-balanslı (4.5–5.5) məhsullar istifadə edin
ilk 48 saat ərzində dərin təmizləyici şampunlardan uzaq durun
saç dərisini qurudan, yandıran vasitələrdən qaçının
Saç mezoterapiyasında son yenilik: Biopeptid texnologiyası!
Yeni nəsil mezoterapiya kokteyllərində artıq təkcə vitamin və minerallar deyil, bioaktiv peptidlər, hüceyrə siqnal molekulları və stemcell ekstraktları da istifadə olunur. Bu maddələr saç follikullarına hədəfli təsir göstərərək:
•⁠  ⁠Anagen (uzanma) fazasını uzadır,
•⁠  ⁠DHT təsirini azaldır (androgen alopesiyada),
•⁠  ⁠Yeni tük çıxışını stimullaşdırır,
•⁠  ⁠Saçın strukturunu möhkəmləndirir.
Bəzi protokollarda artıq nanotexnologiyalı mezoterapiya tətbiq olunur – bu, dərialtı yayılmanı artıraraq effekti daha da gücləndirir.
Kəpəkli saçların səbəbi və bağırsaq sağlamlığı ilə əlaqəsi – elmi baxış
Kəpək saç dərisindəki ölü hüceyrələrin sürətlə qopması nəticəsində yaranan, tez-tez qaşınma və qızartı ilə müşayiət olunan bir vəziyyətdir. Sadəcə xarici amillərlə deyil, daxili – xüsusilə bağırsaq mikrobiomu ilə sıx əlaqəlidir.
Elmi tədqiqatlara görə, bağırsaq florasında balanssızlıq (disbioz) immun sisteminə təsir edərək bədəndə iltihabi prosesləri artırır. Bu,  seboreik dermatit və kəpək kimi dəri problemlərinin ortaya çıxmasına şərait yaradır.
Zərərli bakteriyaların çoxalması bağırsaq keçiriciliyini artıraraq toksinlərin qan dövranına keçməsinə səbəb olur – bu da saç dərisində iltihab və qızartı yarada bilər.
Müəyyən vitamin və mineralların çatışmazlıqları, adətən zəif bağırsaq sorulması ilə bağlıdır və bu da kəpəklənməni artırır.
Qlüten, şəkər və süddən zəngin qidalanma, həmçinin bağırsaqda maya göbələklərinin (xüsusilə Candida) artmasına səbəb olaraq saç dərisinə təsir edə bilər.
Müalicəyə yanaşma inteqrativ olmalıdır:
•⁠  ⁠Bağırsaq florasının bərpası (probiyotiklər, lifli qidalar)
•⁠  ⁠Qaraciyər dəstəyi
•⁠  ⁠Zərərli qidaların çıxarılması
•⁠  ⁠Xarici olaraq anti-fungal şampunlar və sakitləşdirici bitki ekstraktları
Kəpəklə mübarizə yalnız şampunla deyil, bütün bədən – xüsusilə bağırsaq sağlamlığına yanaşmaqla effektiv olur.
Trixoloq Aytəkin Quliyeva
+994706295104
SAÇIN SÜRƏTLİ UZANMASI MÜMKÜNDÜR!
Saçlarınız uzanmır? Aylarla eyni uzunluqda qalan saçlar sizi narahat edirsə, səbəbi bəlkə də qidalanmadan hormonlara qədər bir çox faktorda gizlidir!
İnteqrativ trixoloji yanaşma ilə saçın uzanma potensialını aktivləşdirmək mümkündür!
???? Nəyə diqqət edirik?
✔️ Qan analizləri
✔️ Hormon profili
✔️ Baş dərisinin vəziyyəti  (trixoskopik analiz)
✔️ Genetik və stres faktorları
Müalicədə istifadə olunan üsullar:
* Anagen Boost protokolu
* Saç eliksiri
* Ekzosom terapiya
* Peptid terapiyası
* Trixomezoterapiya
* Qidalanmaya uyğun dəstək planı
Trixoloq Aytəkin Quliyeva ilə fərdi yanaşma və klinik dəstək
Əlaqə: +994 (70) 6295104
www.trixoloq.az
İNTEQRATİV TRİXOLOGİYA
İnteqrativ trixologiya – saç problemini təkcə baş dərisi ilə yox, bütün orqanizmlə birlikdə analiz edən yanaşmadır.
✓ Hormon balansı
✓ Bağırsaq florası
✓ Qidalanma pozuntuları
✓ Stress və psixoemosional vəziyyət
✓ Vitamini çatışmazlığı
✓ Xroniki yorğunluq və daha nələr...
Saç tökülməsi sadəcə görünən simptomdur. Biz səbəbi dərinlikdə tapırıq!
Mən – Trixoloq Aytəkin Quliyeva, saç problemlərinə inteqrativ yanaşıram.
Çünki saç müalicəsi sadəcə kosmetika deyil, elm və analiz tələb edir.
????Klinik konsultasiya üçün +994706295104
Saçınızın səsini bədəninizin dilindən oxuyaq.
Piedra Göbələyi - Saç Tellərinin Səssiz Düşməni
Saçda sərt, düyünlü bir hiss var, kənardan sanki sirkədir və bunun nə olduğunu bilmirsiniz? Bu “Piedra” adlı göbələk infeksiyasıdır. Saç və tüklü nahiyələrdə qeyri-adi düyünlərə səbəb olan bu xəstəlik haqqında bilməli olduqlarınızı sizin üçün bir araya topladıq.
Piedra nədir?
Piedra – ispanca “daş” mənasını verir. Bu göbələk saç tellərində sərt düyünlər yaradır və iki forması var:
1.Qara Piedra (Piedraia hortae)
2.Ağ Piedra (Trichosporon növləri)
Qara piedra daha çox başda olur və sərt, qara düyünlər yaradır. Ağ piedra isə yumşaq, açıq rəngli düyünlərlə qoltuqaltı, saqqal və digər bölgələrdə müşahidə edilə bilər.
Əlamətləri nələrdir?
1. Saçda barmaqla hiss olunan topa və ya düyün
2. Saç tellərinin qırılması
3. Bəzən qoxu və kosmetik narahatlıq
4. Qaşınma və ağrı adətən olmur
Necə yoluxur?
- Ortak daraq və dəsmal istifadəsi
- Nəm saçla yatmaq
- Saçları tez-tez yuyub qurutmamaq
- İctimai yerlərdə gigiyena qaydalarına əməl etməmək
✔ Lazım olduqda həkim təyinatı ilə sistemik göbələkəleyhinə dərmanlar
✔ Bəzi hallarda saçların tam qırxılması
Profilaktika nədir?
- Şəxsi gigiyenaya riayət edin
- Saç fırçalarınızı paylaşmayın
- Saçları yuduqdan sonra tam qurudun
- Saç aksesuarlarını tez-tez dezinfeksiya edin
- Saçlara sıx dartılmış formada düzümlər etməyin.
Unutmayın!
EKZASOM Saç Müalicəsi – Hüceyrə səviyyəsində saçların yenilənməsi.
Saç tökülməsi, incəlməsi və zəifləməsi artıq keçmişdə qaldı! EKZASOM saç müalicəsi – saç follikullarını hüceyrə səviyyəsində yeniləyən və saçların təbii şəkildə güclənməsini təmin edən inqilabi biotexnoloji üsuldur.
EKZASOM nədir?
EKZASOM – ekzosomal terapiya*ya əsaslanan, hüceyrələrarası siqnal ötürən nano ölçülü hissəciklər (ekzosomlar) vasitəsilə tətbiq olunan regenerativ müalicə metodudur. Bu ekzosomlar saç follikullarını aktivləşdirir, iltihabı azaldır, toxumaları bərpa edir və tökülmənin qarşısını alır.
Müalicənin üstünlükləri:
- Saçların təbii şəkildə gurlaşmasını stimullaşdırır
- Androgenetik alopesiya (irsiyyətə bağlı tökülmə) üçün effektivdir
- Qadın və kişilər üçün uyğundur
- Mezoterapiya və PRP-dən daha dərin və uzunmüddətli təsir göstərir
- İynə vasitəsilə birbaşa saç dərisinə tətbiq olunur – ağrısız, sürətli və təhlükəsiz
- Sürətli saçları uzadır.
Kimlər üçün uyğundur?
- Saç tökülməsi yaşayanlar
- Saç transplantasiyasından sonra bərpa üçün
- Zəif, nazik və cansız saçlı şəxslər üçün
Azərbaycanda İLK: Saçların immunitetini gücləndirən SAÇ ELİKSİRİ
Bu barədə Aztibb.az-a trixoloq Aytəkin Quliyeva məlumat verib.
Həkimin sözlərinə görə, zülallar qandakı oksigenin daşınmasını təmin edir. Onlar orqanizmdə bizim saçımızın, dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizin, immun və qan sistemimizin və s. əsasını təşkil edir.
Aytəkin Quliyeva qeyd edib ki, zülalların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır və zülal çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.
“Bədəninizin sinir funksiyalarını icra etmək üçün zülala ehtiyacı var”, - deyən trixoloq A.Quliyeva saçların zülal-enerji qaynağı olan saç eleksirinin tətbiqinin əhəmiyyətindən danışıb.
Həkim bildirib ki, bu üsul damar yolu ilə qan dolaşımına 100% qarışan bir müalicə metodudur. Serumun tərkibi bütün saç tipləri üçün uyğun olan gücləndirici serumlardan ibarətdir.
“Saçlarınıza canlılıq verən və cəmi 20 dəqiqə tələb edən bu prosedur 5 seans olmaqla həftədə 2 dəfə tətbiq olunur”, - deyə həkim vurğulayıb.
Saç çəkmə testi
Bu zaman saç kökləri mikroskop altında tədqiq edilərək saç gövdəsi və kökü araşdırılır. Telogen effluvium səbəbiylə tökülmə geri qayıda bilər (vaxtında müalicə olunduqda).
Saç tökülməsinin şiddətini təyin etmək üçün edilən bu test "Pull test" də adlandırılır və müxtəlif alopesiyaları izləmək üçün istifadə olunur.Məsələn, alopesiya areatada (ocaqlı saç tökülmə) çəkilən saçlar asanlıqla ələ gəlirsə, xəstəliyin aktiv olduğu başa düşülür və yayılması gözlənilir. Androgenetik alopesiyada (irsi saç tökülmələrdə) saç çəkilməsi nəticəsində xüsusilə başın ön hissəsindəki tüklər daha çox ələ gəlir.
Siqaret çəkməyin saça ziyanı
Aparılan araşdırmaların nəticələrinə görə, siqaretin saç köklərindəki DNT strukturunu pozması və qan dövranına təsir etməsi kimi mənfi nəticələri zamanı saçların keyfiyyəti aşağı düşür, saçlar incələşir və saçlarımız tökülməyə meyilli olur.
Siqaret çəkmək orqanizmin immun sistemini aşağı salaraq, bədənimizi ümumilikdə bir çox xəstəliyə qarşı həssas vəziyyətə gətirir. Bu xəstəliklərin bir çoxu saç tökülməsinə səbəb olur. Bu birbaşa olmasa da, müxtəlif xəstəliklər nəticəsində yaranan, saç tökülməsinə dolayı yolla təsir edən faktordur. Məsələn, Tayvanda yaşı 40-dan yuxarı olan 700-dən çox kişi üzərində aparılan araşdırmaya əsasən, gündə 20-dən çox siqaret çəkən insanların keçəlləşmə nisbətinin daha yüksək olduğu ortaya çıxmışdı. Tədqiqatçılar siqaretin tük follikullarının genetik quruluşunu zədələdiyini düşünürlər.
Siqaretin saç tökülməsinə səbəb olduğu düşünülsə də və bu istiqamətdə ciddi göstəricilər olsa da, saç tökülməsinə səbəb olan ən əsas faktorun siqaret olduğu iddia edilə bilməz. Digər tərəfdən, araşdırmalar saç tökülməsi ilə siqaret arasında əhəmiyyətli bir əlaqə olduğunu göstərsə də, hələ bu mövzuda bir meta-araşdırma olmadığı üçün “Siqaret mütləq saç tökür” deməyin tez olduğunu söyləyə bilərik. Saç tökülməsinin ən böyük səbəbi genetik faktorlara görə yaşla artan DHT (Dihidrotestosteron) hormonudur.